“Çin hakimiyyəti Cənubi Çin dənizində Filippinlə mübahisələri diplomatik yollar vasitəsilə həll etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq çıxışında söyləyib.
“Çin Xalq Respublikası dənizdəki ərazi suverenliyini, hüquqlarını və mənafelərini qorumaq üçün qanuna uyğun olaraq qəti tədbirlər görməyə davam edəcək”, – o bildirib.
“Eyni zamanda, müvafiq məsələləri düzgün həll etmək və dənizdəki vəziyyəti izləmək üçün Filippin tərəfi ilə diplomatik kanallar vasitəsilə dialoqları davam etdirməyə hazırıq”, – Mao Ninq əlavə edib.