Xəbərlər

Çin “Gaocing” sinifli optik Yer müşahidə peyklərini orbitə buraxıb

Çin kosmosa “Gaocing” sinifli yeni Yer müşahidə peykini göndərib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

İctimai və kommersiya məqsədləri üçün yüksək ayırdetməli optik peyk təsviri xidmətləri göstərən “Gaocing” sinifli peyklər Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının Maye İzləmə və Xəritəçəkmə Texnologiyası Korporasiyası tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Gaocing” peyklərinin birinci qrupu 2016 və 2018-ci illərdə iki cüt, ikinci qrupun birinci cütü isə 2022-ci ildə buraxılıb. Üçüncü qrup peyklərin ilk cütü aprelin 15-də kosmosa göndərilib.