Çin Xalq Azadlıq Ordusunun (PLA) hərbi-dəniz donanmasının gəmilərdən ibarət dəstəsi olan “Liaoning” Tayvan yaxınlığından keçib.
“Füyuzat”ın məlumatına görə, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, oktyabrın 22-də axşam saatlarında PLA gəmiləri Tayvanın nəzarətində olan Pratas adaları yaxınlığındakı sulardan keçərək, şimaldan Tayvan boğazına doğru hərəkətini davam etdirib.
Hər hansı insident qeydə alınmayıb.