“Çin Sahil Mühafizəsi gəmilərinin çoxsaylı birləşmələri ada yaxınlığında təlimlər çərçivəsində Tayvan ətrafında patrul edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Şərqi Çin Dənizi Sahil Mühafizəsi Departamentinin nümayəndəsi bildirib.
“Aprelin 1-də bir neçə sahil mühafizə gəmisi Tayvan adasının ətrafındakı sularda hüquq-mühafizə orqanlarının patrullarını həyata keçirdi. Təlimlərə yoxlamalar, həbslər daxildir”, – nümayəndə qeyd edib.



