Çinin neft və qaz hasilatı yanvar-iyul aylarında illik müqayisədə müvafiq olaraq 1,3% və 6% artıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Milli Statistika Bürosundan məlumat verilib.
Qeyd edilib ki, göstərilən dövrdə ölkənin neft-qaz şirkətləri tərəfindən 126,6 milyon ton neft və 152,5 milyard kubmetr qaz hasil edilib.
Açıqlanan hesabata görə, iyulda orta gündəlik neft hasilatı 585 min ton, qaz isə 700 milyon kubmetr təşkil edib. Yeddi ay ərzində neft emalının həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 424,68 milyon tona çatıb.



