“İndoneziyanın BRİCS-ə qoşulması qlobal Cənub ölkələrinin yüksəlişinin ümumi tendensiyasına uyğundur və assosiasiyaya üzv dövlətlərin inkişafına müsbət töhfə verəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Çin İndoneziyaya BRİCS-in tamhüquqlu üzvü olması münasibətilə səmimi təbriklər göndərir. İndoneziya tərəfinin rəsmi üzvlüyü assosiasiya ölkələrinin və qlobal Cənubun ümumi maraqlarına uyğundur. BRİCS ailəsinə yeni üzvlərin qəbulu qlobal Cənubun yüksəlişinin tarixi tendensiyasına uyğundur”, – məlumatda bildirilib.