“Çin İranla siyasi etimadı gücləndirmək və ölkələr arasında əməli əməkdaşlığı genişləndirmək üçün işləməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Din Syuesyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə deyib.
“Çin iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi, yüksək səviyyəli təmasların gücləndirilməsi, siyasi etimadın artırılması, praktiki əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional məsələlərdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi, Çin və İran arasında hərtərəfli strateji tərəfdaşlığın davamlı və uzunmüddətli inkişafına hər iki ölkənin xalqlarının rifahı naminə kömək etmək üçün İran tərəfi ilə işləməyə hazırdır”, – Syuesyan qeyd edib.
Abbas Əraqçi də öz növbəsində İran və Çin arasında möhkəm dostluğa işarə edib, həmçinin rəsmi Tehranın Pekinlə qarşılıqlı faydalı əməkdaşlığı, çoxtərəfli koordinasiyanı və qarşılıqlı fəaliyyəti dərinləşdirməyə hazır olduğunu bildirib.



