Xəbərlər

Çin MN: Ordumuz Çinin yenidən birləşməsi üçün səylərini davam etdirəcək

“Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvanın müstəqilliyinə qarşı mübarizəsini və Çini yenidən birləşdirmək üçün səylərini davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Cianq Bin deyib.

“Tayvanın müstəqilliyi” şüarı bir gündə aradan qalxmayacaq, lakin ordumuz mübarizəni davam etdirəcək və ölkənin birləşməsini təşviq edəcək. Çin Tayvanın müstəqilliyini tanımır, eyni zamanda Tayvan boğazında ordumuzun bütün fəaliyyətlərini qanuni hesab edir”, – o əlavə edib.