Xəbərlər

Çin MN: Rusiya ilə birgə hərbi dəniz təlimləri təhlükəsizlik problemlərini həll edir

“Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri onların təhlükəsizlik problemlərini birlikdə həll etmək imkanlarını daim artırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Dəniz Qarşılıqlı Fəaliyyət təlimləri hər iki tərəfin təhlükəsizlik təhdidləri və çağırışlarını birgə həll etmək qabiliyyətini daim gücləndirdiyi üçün iki dəniz donanması arasında əməkdaşlıq məqsədilə əsas platformaya çevrilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, iyul ayında baş tutan “Dəniz Qarşılıqlı Təlim-2024” təlimi Çin və Rusiya donanmaları arasında peşəkar mübadilələri, qarşılıqlı anlaşmanı və etimadı gücləndirib, standartlaşdırılmış və sistemli şəkildə praktiki əməkdaşlığı təşviq edib.