Xəbərlər

Çin NATO-nu ittiham edib

“Şimali Atlantika Alyansı (NATO) Rusiya ilə Çinin qarşılıqlı fəaliyyətinə əsassız şəkildə müdaxilə etməklə öz səlahiyyətləri çərçivəsindən kənara çıxıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib.

“Bu sözlər bir daha NATO-nun öz səlahiyyətlərini genişləndirmək və bloklarla qarşıdurmada iştirak etmək istəyini göstərir”, – Cian söyləyib.

O əlavə edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında münasibətlər bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəflərə qarşı yönəlməmək prinsiplərinə əsaslanıb.