“Çin NATO-nu Avropanın təhlükəsizlik arxitekturasına təsiri barədə düşünməyə və blok qarşıdurmasını təhrik etməyi dayandırmağa çağırır”.
“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
“Ümid edirik ki, NATO öz hərəkətlərinin Avropa təhlükəsizlik arxitekturası üçün nəticələri və blokların qarşıdurmasını təhrik etmənin təsiri barədə dərindən düşünəcək”, – Ninq deyib.
Bundan əvvəl Rutte NATO müdafiə nazirlərinin iclasının ilk günündən sonra təşkil edilən mətbuat konfransında bildirmişdi ki, İran, Çin və Şimali Koreya Avropada təhlükəsizliyə zərər verir.