Xəbərlər

Çin nüvə problemi ilə bağlı Dubayda iclas keçirib

Beş nüvə dövləti arasında əməkdaşlıq mexanizminə sədrlik edən Çin Dubayda ekspertlər səviyyəsində görüş keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirliklərində keçirilən tədbir dekabrın 4-də Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə baş tutub. Tərəflər nüvə strategiyası kimi məsələlərlə bağlı səmimi dialoq aparıblar. Çin əlaqələndirici tərəf olaraq, beş nüvə dövləti arasında müzakirələri dəstəkləməyə davam edəcək”, – məlumatda bildirilib.