Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı dünyanın ən böyük nüvə təhlükəsi və strateji risk mənbəyi adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Çin XİN-nin sözçüsü Mao Ninq deyib.
“Ən böyük inkişaf etmiş nüvə arsenalına malik olan Birləşmiş Ştatlar nüvə üçlüyünün modernləşdirilməsinə böyük sərmayələr qoymaq siyasətini israrla davam etdirir”, – Mao Ninq bildirib.