Çin Xalq Azadlıq Ordusu sentyabrın 2-4-də Cənubi Çin dənizində canlı qüvvələrin iştirakı ilə döyüş təlimi keçirəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, təlimlər Tayvan adasından təxminən 300 km qərbdə yerləşən Şantou şəhəri yaxınlığındakı sularda aparılacaq.