Xəbərlər

Çin ordusu qitələrarası ballistik raket buraxıb

Çin Xalq Azadlıq Ordusu hərbi təlimlər çərçivəsində qitələrarası ballistik raket buraxıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Buraxılış illik hərbi təlim proqramlarına uyğun olaraq həyata keçirilib.

Qeyd edilib ki, Çin raketin buraxılışı ilə bağlı regionun müvafiq dövlətlərini əvvəlcədən xəbərdar edib.