“Çin Xalq Azadlıq Ordusu “Sülh 2025″ çoxtərəfli hərbi təlimlərində iştirak etmək üçün Pakistana iki gəmi göndərəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
“Pakistan Silahlı Qüvvələrinin dəvətinə cavab olaraq Pekin fevralın birinci yarısında “Baotou” esminesini və “Qaoyuhu” gəmisini bu ölkəyə göndərəcək. Qarşıdakı təlimlərə dənizdə hərbi manevrlər və piratla mübarizə kimi əməliyyatlar daxil olacaq”, – məlumatda bildirilib.



