“Çin və Rusiya hərbçiləri xarici təhdidlərə qarşı bacarıqlarını gücləndirmək üçün birgə təlimlər keçiriblər”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq “Qarşılıqlı fəaliyyət – 2024” təlimlərini şərh edərkən deyib.
“Çin və Rusiya təhlükəsizlik təhdidlərinə birgə cavab vermək üçün ordularını gücləndirməyə yönəlmiş birgə təlimlər keçiriblər”, – Mao Ninq bildirib.