Xəbərlər

Çin: Rusiya ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

“Bizim Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdə davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının (ÇXR) sədr müavini Han Çjen Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı deyib.

“Bu il Çin və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü qeyd edilir. Sizin strateji rəhbərliyiniz və Çin Prezidenti Si Cinpinin rəhbərliyi altında Çin-Rusiya hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edir”, – Han Çjen bildirib.