Xəbərlər

Çin: Rusiya ilə KXDR arasında ikitərəfli mübadilə onların ikili məsələsidir

“Moskva ilə Pxenyan arasında rəsmi təmaslar iki suveren ölkənin – Rusiya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) ikili məsələsidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousovun KXDR-ə səfərini şərh edərkən deyib.

“Rusiya və KXDR suveren və müstəqil ölkələrdir, tərəflər arasında ikitərəfli mübadilələr onların şəxsi işidir. Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi tutarlıdır”, – Mao Ninq əlavə edib.