Xəbərlər

Çin Rusiya-Ukrayna münaqişəsinin siyasi həllinə yönəlmiş bütün səyləri dəstəkləyir

Çin Rusiya-Ukrayna münaqişəsinin siyasi həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq Rusiya Prezidenti Vladimir Putinin Ukrayna böhranı ilə bağlı Rusiyanın Çin, Hindistan və Braziliya ilə qarşılıqlı əlaqəsi barədə sözlərini şərh edərkən deyib.

“Biz sülhün bərqərar olmasına töhfə verən bütün səyləri dəstəkləyirik. Çin böhranın siyasi həlli üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək”, – Mao Ninq qeyd edib.