Çin Xarici İşlər Nazirliyi (XİN) Pekinin Rusiyaya silah verməsi ilə bağlı xəbərləri təkzib edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin XİN-nin rəsmi nümayəndəsi Li Cian Ukrayna tərəfinin Çinin Rusiyaya barıt və artilleriya sistemləri tədarükü ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.
“Çin heç vaxt münaqişə tərəflərindən heç birinə öldürücü silah verməmişdir. Biz ikili təyinatlı məhsulların ixracına həmişə ciddi nəzarət etmişik. Çin Xalq Respublikası (ÇXR) əsassız ittihamlara və siyasi manipulyasiyaya qəti şəkildə qarşıdır”, – Li Cian vurğulayıb.



