“Çin digər ölkələrin müdaxiləsi olmadan Moskva və Kiyev arasında dialoqu dəstəkləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Rusiya Federasiyasındakı səfiri Zanq Hanhui “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Biz Rusiya ilə Ukrayna arasında kənar müdaxilə olmadan dialoqun tərəfdarıyıq. Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını müzakirə etmək üçün Çin və Braziliya tərəfindən yaradılan “Sülh Dostları” platforması artıq əsasən qlobal Cənub ölkələri arasında kifayət qədər sayda iştirakçı cəlb edib. Belə bir təşəbbüsün ilkin məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. Ən əsası odur ki, biz istəyirik ki, tərəflər danışıqlar və məsləhətləşmələr yolu ilə Avropada bütün maraqlı ölkələrin maraqlarını və narahatlıqlarını nəzərə alan təhlükəsizlik arxitekturasının yaradılması barədə razılığa gələ bilsinlər. Məsələn, biz NATO-nun şərqə doğru genişlənməsinə qarşıyıq”, – diplomat bildirib.