“ABŞ-ın bazar rəqabəti prinsiplərini və ticarət-iqtisadi normaları pozması öz əleyhinə olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu deyib.
“Biz ABŞ-ın milli təhlükəsizlik konsepsiyasının ümumiləşdirilməsinə, müxtəlif adlarla diskriminasiya xarakterli siyahılar yaratmasına, Çin şirkətlərinin əsassız şəkildə təqib edilməsinə və Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığının pozulmasına qəti şəkildə qarşıyıq. Xarici şirkətlərin ABŞ-dakı investisiya və fəaliyyətlərinə olan inamını sarsıtmaq, Amerika şirkətlərinin və investorlarının maraqlarına zərər vurmaq, bazar rəqabəti və beynəlxalq iqtisadi və ticarət normaları görməzdən gəlmək onların əleyhinə çevriləcək”, – diplomat qeyd edib.