Xəbərlər

Çin Şərqi Çin dənizində hərbi təlimlər keçirir

Çin iyulun 3-dən 5-dək Şərqi Çin dənizindəki Şərqi Zejianq əyalətinin sularında hərbi təlimlər keçirəcəyini elan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyası məlumat yayıb.

Qısa bildiriş naviqasiyaya müvəqqəti qadağanın tətbiq olunduğu manevr sahələrinin koordinatlarını göstərir. Qeyd edilib ki, təlimlər iyulun 3-də yerli vaxtla saat 04:00-da başlayacaq və iyulun 5-də saat 18:00-da başa çatacaq.