Çin Xalq Respublikası (ÇXR) rəhbərliyi regionda sülh və rifahı yaxşılaşdırmaq üçün Şimal-Şərqi Asiya ölkələri ilə səylərini birləşdirməyə hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Şərq İqtisadi Forumunun (EEF) plenar iclası zamanı ÇXR-in sədr müavini Han Çjen deyib.
“Biz Şimal-Şərqi Asiya ölkələri ilə səylərimizi birləşdirməyə, birliyimizi və əməkdaşlığımızı daha da gücləndirməyə, bütün regionda sülhü qorumağa çalışırıq”, – Han Çjen qeyd edib.