Xəbərlər

Çin Siyasi Məşvərət Şurasının sədr müavini Ermənistana səfər edib

Çin Xalq Siyasi Məşvərət Şurasının 14-cü Milli Komitəsinin sədr müavini Su Huinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Milli Assambleyasından bildirilib.

Verilən məlumata görə, səfər zamanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyasının sədri Alen Simonyan, Milli Assambleyasının sədr müavini Akop Arşakyan və Milli Assambleyasının Ermənistan-Çin Dostluq Qrupunun üzvləri ilə görüşlər nəzərdə tutulub.

Müzakirə ediləcək mövzular açıqlanmayıb.