Xəbərlər

Çin: Tayvanın müstəqillik arzusu adanı müharibəyə təhrik edir

“Tayvanın Amerika silahlarının satın alınması yolu ilə müstəqillik axtarışı adanı müharibə təhlükəsinə doğru sürükləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çanq Siaoqanq söyləyib.

“Silahların köməyi ilə müstəqilliyə can atmaq heç bir yerə aparmayacaq. Bu sadəcə Tayvanı müharibənin son dərəcə təhlükəli vəziyyətinə sürükləyəcək”, – Çanq qeyd edib.

“Çinin Xalq Azadlıq Ordusu Tayvanın müstəqilliyinin tərəfdarlarının istənilən separatçı addımlarını qətiyyətlə dəf etmək üçün bütün lazımi tədbirləri görəcək, milli suverenliyi və ərazi bütövlüyünü, habelə Tayvan boğazında sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, – Çanq bildirib.