Xəbərlər

Çin təyyarədaşıyan qrupunu Tayvan ətrafında təlimlərə cəlb edib

Çin Müdafiə Nazirliyi “Liaoning” aviadaşıyıcısının Tayvan ətrafında Xalq Azadlıq Ordusunun (PLA) təlimlərində iştirak etdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə PLA-nın Şərq Zonası Döyüş Komandanlığının rəsmi nümayəndəsi, baş polkovnik Li Si bildirib.

“Oktyabrın 14-də PLA-nın Şərq Bölgəsi Döyüş Komandanlığı Tayvan adası üzərində Şərqi Çin dənizinin hava məkanına nəzarət etmək üçün “Liaoning” aviadaşıyıcı birləşməsinin yerləşdirilməsini təşkil edib”, – məlumatda bildirilib.