Xəbərlər

Çin Ukrayna münaqişəsinin həllini prioritet adlandırıb

“Çin Ukrayna münaqişəsinin həllinin asanlaşdırılmasını prioritet və təxirəsalınmaz vəzifə hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

Vanq Yi hesab edir ki, hazırda ən aktual məsələ Ukraynada vəziyyətin tez bir zamanda həlli və bütün tərəflərin münaqişənin gərginləşməsinin yolverilməzliyinə nail olunmasına kömək etməkdir.

Nazir həmçinin vurğulayıb ki, Çin Ukraynadakı vəziyyəti siyasi nizamlanmaya doğru sövq etmək üçün Macarıstanla birgə işləməyə hazırdır.