Xəbərlər

Çin: Ukraynada atəşkəs əldə etmək üçün istənilən səyləri alqışlayırıq

“Çin Ukraynada atəşkəs əldə etmək üçün istənilən səyləri alqışlayır və tərəflərin hazırkı böhranın həlli üçün dinc danışıqları davam etdirəcəyinə ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Quo Ciakun Rusiya prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsi təşəbbüsünü şərh edərkən deyib.

“Çin Ukraynada atəşkəs əldə etmək üçün istənilən səyləri görməkdən məmnundur. Bu, sülhə nail olmaq üçün zəruri addımlardır. Ümid edirik ki, sülhə maraqlı tərəflər mövcud böhranı dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə davam edəcəklər”, – nümayəndə qeyd edib.