“Çin Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir və bu istiqamətdə atılacaq istənilən addımı vacib hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığını şərh edərkən deyib.
“Çin tərəfi əvvəldən Ukrayna böhranının dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarı olub və atəşkəsə yönəlmiş bütün səyləri sülhə nail olmaq üçün zəruri və vacib addımlar hesab edib”, – Mao Ninq vurğulayıb.



