Xəbərlər

Çin: Ukraynaya görə Qəzza unudulmamalıdır

“Beynəlxalq ictimaiyyət Ukrayna böhranını həll etməyə çalışarkən Qəzza zolağındakı vəziyyəti də diqqətdə saxlamalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi mətbuat konfransında deyib.

“Hazırda bütün tərəflər Ukrayna böhranından narahatdırlar, lakin dünyada tək Ukrayna problemi mövcud deyil, beynəlxalq ictimaiyyətin diqqətini tələb edən Qəzza münaqişəsi kimi bir çox köməyə ehtiyacı olan ərazilər var və bu problemləri arxa plana atmaq olmaz”, – nazir qeyd edib.