Çin Hərbi Hava Qüvvələri (HHQ) Sincan-Uyğur Muxtar Bölgəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə “Şahin Qalxanı 2024” təlimi keçirir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin “WeChat” sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, manevrlər respublikanın şimal-qərbində iyunun sonunda başlayıb, iyulun sonunadək davam edəcək.
Nazirlikdən məlumat verilib ki, bu formatda təlimlər ikinci dəfədir keçirilir: “Təlimlər qarşılıqlı anlaşma və etimadı gücləndirmək, iki ölkənin Hərbi Hava Qüvvələri arasında mübadilə və əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır”.