Xəbərlər

Çin və Braziliya Ukrayna böhranını həll etmək üçün “Sülh Dostları” platforması yaradacaq

“Çin, Braziliya və qlobal cənubdakı digər ölkələr Ukrayna böhranının sülh yolu ilə həllini təşviq etmək üçün “Sülh Dostları” platforması yaradacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Nyu-Yorkda Braziliya Prezidentinin xüsusi nümayəndəsi Selso Amorim ilə görüşündə deyib.

“Sülh Dostları” qapalı qrup deyil, açıq platformadır. Beynəlxalq ictimaiyyət bu platformanı alqışlamalıdır. Bu platforma obyektiv və rasional səs üçündür və Ukraynadakı böhranının siyasi həllində konstruktiv rol oynamalıdır”, – Vanq Yi əlavə edib.