Xəbərlər

Çin və Hindistan bütün sahələrdə əməkdaşlığı gücləndirir

“Çin və Hindistan hakimiyyəti bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Biz iki ölkənin liderləri arasında əldə olunmuş mühüm razılaşmalara sədaqətlə əməl edəcək, bütün sahələrdə qarşılıqlı fəaliyyət və əməkdaşlığı gücləndirəcək, Çin-Hindistan əlaqələrinin sabit inkişafına kömək edəcək və hər iki ölkənin xalqlarına daha çox fayda gətirəcəyik. Çin Hindistan tərəfi ilə birlikdə bütün bəşəriyyətin tərəqqisinə töhfə vermək niyyətindədir”, – o bildirilib.

Vanq Yi xatırladıb ki, Çin və Hindistan arasında münasibətlər eniş-yoxuşlar yaşayıb və bu təcrübəni nəzərə almaq lazımdır.

“Vəziyyətdən asılı olmayaraq, hər iki tərəf düzgün mövqe tutmalı, bir-birinə rəqib yox, tərəfdaş kimi baxmalı, fikir ayrılıqlarının sabit həllinə çalışmalı və sərhəd mübahisələrinin bütövlükdə ikitərəfli münasibətlərə təsir etməsinə imkan verməməlidir”, – nazir yekunlaşdırıb.