Xəbərlər

“Çin və Rusiya arasındakı münasibətlər bütün inkişaf tarixində özünün ən yaxşı dövrünü yaşayır”

“Moskvanın Tibet Muxtar Vilayəti ətrafındakı vəziyyətlə bağlı Pekini dəstəkləməsi Rusiya və Çin arasında iki ölkənin əsas maraqları üçün kritik olan beynəlxalq məsələlərdə qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən xəbər verir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin Rusiyadakı səfiri Zanq Hanhui bildirib.

“Rusiya Çinin Tibet ilə bağlı məsələlərdə mövqeyini başa düşür və dəstəkləyir, çünki o, Çinin Tibetdə sülh, sabitlik, firavanlıq və tərəqqi istiqamətində səylərini doğru anlayır”, – Zanq Hanhui TASS-a yazdığı məqaləsində qeyd edib.

Zanqın sözlərinə görə, Rusiya və Çin əsas qarşılıqlı maraq kəsb edən məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir və beynəlxalq ədaləti birgə müdafiə edirlər: “Çin lideri Si Tsinpinin və Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Çin və Rusiya arasındakı münasibətlər bütün inkişaf tarixində özünün ən yaxşı dövrünü yaşayır”.