Pekində Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən danışıqlardan sonra Pekin və Moskva enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair 20-dən çox sənəd imzalayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Verilən məlumata görə, imzalanan sənədlər aerokosmik sənaye, kənd təsərrüfatı, səhiyyə, elmi tədqiqat, təhsil və media kimi sektorlara da aiddir.



