Xəbərlər

Çin və Tailand birgə təlimlər keçirəcək

Avqustda Çin və Tailandın Hərbi Hava Qüvvələrinin birgə təlimlər keçirəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Çin və Tailand ordusu arasında illik əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi hava qüvvələri avqust ayında Tailand Hərbi Hava Qüvvələri bazasında birgə “Eagle Strike 2024” təlimləri keçirəcək.