Xəbərlər

Çin Venesuelaya dəstəyini davam etdirəcək

“Çin beynəlxalq vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, Venesuelaya milli suverenliyni və iqtisadi inkişafını qorumaqda dəstəyini davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə görüşündə deyib.

“Çin və Venesuela yaxşı dost və tərəfdaşdır. Beynəlxalq vəziyyətin necə dəyişməsindən aslı olmayaraq, Çin milli suverenliyini, ləyaqətini qorumaqda və Venesuelanın sosial-iqtisadi inkişafını təşviq etməkdə bu ölkəyə dəstəyini davam etdirəcək”, – Vanq Yi qeyd edib.