Xəbərlər

Çin XİN: ABŞ-ın hərəkətləri dialoqa hazır olduğunu göstərmir

“ABŞ-ın əlavə rüsumların tətbiqi ilə bağlı hərəkətləri Vaşinqtonun dialoqa hazır olduğunu göstərmir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian brifinqdə deyib.

“Amerika tərəfinin hərəkətləri onun ciddi dialoqa hazır olduğunu əks etdirmir. Əgər ABŞ, həqiqətən də, müzakirələrə hazır olsaydı, bunu bərabərlik və qarşılıqlı hörmət siyasəti ilə göstərərdi. Əgər Vaşinqton iki ölkənin və beynəlxalq ictimaiyyətin maraqlarına məhəl qoymamaq, tarif və ticarət müharibələrində israr etmək qərarına gəlsə, Çin buna sona qədər cavab verməyə davam edəcək”, – nümayəndə əlavə edib.