“Pekin Vaşinqtonla proqnozlaşdırıla bilən münasibətləri inkişaf etdirməyə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
Vanq Venbin deyib: “Ümid edirik ki, Çin və ABŞ bir-birinə doğru hərəkət edəcək və iki ölkənin dövlət başçılarının San-Fransisko görüşündə əldə etdiyi mühüm konsensusu və gələcəyə baxışlarını həyata keçirəcəklər”.
Onun sözlərinə görə, Pekin Çin-Amerika münasibətlərinin irəliləməsinə, maneələrin aradan qaldırılmasına və ikitərəfli əlaqələrin davamlı şəkildə irəliləməsinə ümid edir.