Xəbərlər

Çin XİN: ABŞ Yaponiyada raketlər yerləşdirsə, öz maraqlarımızı qoruyacağıq

“Çin ABŞ-dan Yaponiya ərazisində Amerikanın orta və qısa mənzilli raketlərini yerləşdirmək planlarından imtina etməyi tələb edir. Əks-təqdirdə öz maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian deyib.

“Biz ABŞ-ın Yaponiyaya raket silahları yerləşdirmək planından imtina etməsində israr edirik. Vəziyyəti yaxından izləyəcək və təhlükəsizlik maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik”, – Lin Cian bildirib.