“Çin münasibətləri inkişaf etdirmək və fikir ayrılıqlarını həll etmək üçün Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa açıqdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin xarici işlər nazirinin müavini Ma Zhaoxu bildirib.
“Çin Aİ ilə strateji əlaqələri dərinləşdirməyə, qarşılıqlı anlaşma və etimadı, tərəfdaşlığımızı gücləndirməyə, qarşılıqlı açıqlığı genişləndirməyə və fikir ayrılıqlarını düzgün şəkildə həll etməyə və Çin-Aİ əlaqələrini inkişaf etdirməyə səy göstərməyə hazırdır”, – o, mətbuat konfransında deyib.
Xarici işlər nazirinin müavini xatırladıb ki, Çin sədri Si Cinpin Aİ rəhbərliyi ilə bu yaxınlarda keçirdiyi görüşdə Pekin və Avropa tərəfi arasında son yarım əsrdə əməkdaşlıqda toplanmış təcrübəni yaxşı hal kimi qiymətləndirib.



