Xəbərlər

Çin XİN Cənubi Koreyadakı vəziyyəti şərh etməkdən imtina edib

“Çin Xarici İşlər Nazirliyi Koreya Respublikasındakı çətin vəziyyəti şərh etməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

“Çin tərəfi vəziyyəti nəzərə alıb və Cənubi Koreyanın daxili işləri ilə bağlı heç bir şərh vermir”, – o, jurnalistlərin sualını cavablandırarkən vurğulayıb.

Dekabrın 3-ü axşam saatlarında Cənubi Koreya prezidenti Yun Sek Yeol hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Bir neçə saat sonra parlament onun ləğvinə səs verdi. Daha sonra prezident qərarını ləğv edəcəyinə söz verdikdən sonra Nazirlər Kabineti onu dəstəklədi. Bütün bunlar altı saatdan az müddətdə baş verdi. Cənubi Koreyada 45 ildir hərbi vəziyyət tətbiq edilmirdi.

Dekabrın 4-də müxalifət Koreya Respublikasının prezidentinə qarşı impiçment proseduruna başlayıb. Səsvermənin bu həftə keçirilməsi gözlənilir.