Xəbərlər

Çin XİN: Çin-Rusiya əməkdaşlığı müdaxiləyə dözmür

“Çin-Rusiya münasibətləri üçüncü tərəflərin müdaxiləsinə dözmür və heç kimə qarşı yönəlməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

O, brifinqdə Moskva ilə əməkdaşlığı məhdudlaşdırmağı tələb edən Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözləri ilə bağlı sualı şərh edərkən deyib: “Çin və Rusiya arasında normal əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsinə məruz qalmamalıdır”.

Bundan əvvəl fon der Leyen iyulun 24-də keçiriləcək Aİ-Çin yubiley sammiti ərəfəsində Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılması da daxil olmaqla Çindən üç tələb irəli sürüb.