Xəbərlər

Çin XİN: Hizbullah liderinin ölümü bizi narahat edir

“Çin hakimiyyəti Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Yaxın Şərqdə münaqişənin artmasından son dərəcə narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Biz regionda artan gərginlikdən çox narahatıq. Bu, Livanın suverenliyini və təhlükəsizliyini pozur. Pekin mülki şəxslərə zərər vuran hər hansı addımı pisləyir və bölgədə gərginliyin artmasına töhfə verən səylərə qarşı çıxır. Çin israr edir ki, müvafiq tərəflər, xüsusilə də İsrail münaqişənin daha da genişlənməsinin və hətta nəzarətdən çıxmasının qarşısını almaq üçün təcili tədbirlər görsün”, – məlumatda bildirilib.