Xəbərlər

Çin XİN: Trampın BRİCS-ə qarşı proteksionist tədbirləri əbəsdir

“ABŞ prezidenti Donald Trampın BRİCS üzvü olan ölkələri və onların tərəfdaşlarını hədəf alan proteksionist hərəkətləri uğursuzluğa düçar olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Ninq deyib.

“Ticarət və ya tarif müharibələrində qalib yoxdur və proteksionizmin gələcəyi yoxdur”, – o bildirib.

Mao Ninq vurğulayıb ki, Pekin tariflərin məcburiyyət və təzyiq vasitəsi kimi özbaşına istifadə edilməsinə qəti şəkildə qarşıdır: “Bu, heç bir aidiyyəti tərəfin maraqlarına cavab vermir”.