Xəbərlər

Çin XİN: Ukrayna böhranının həllində bütün tərəflərin iştirakını zəruridir

“Bütün tərəflər hərtərəfli təhlükəsizlik konsepsiyasına uyğun olaraq Ukraynadakı münaqişənin siyasi həllinə yardım etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində Çinin iştirakından imtina etməsini şərh edərkən deyib.

“Çin hesab edir ki, bütün tərəflər birgə, hərtərəfli və davamlı təhlükəsizlik konsepsiyasına uyğun olaraq Ukraynadakı böhranın siyasi həllini təşviq etməlidir”, – o qeyd edib.