“Ukraynada davam edən münaqişədə ən vacib məsələ eskalasiyanın tezliklə aradan qaldırılması və siyasi həll yolunun axtarışıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian deyib.
“Atəş və hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq və siyasi həll yolu axtarmaq bütün tərəflərin maraqlarına uyğundur”, – Lin Cian vurğulayıb.