Çin ordusu Niuşan adasının ətrafında real döyüş sursatı ilə təlimlər keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Çinin cənub-şərqində və Tayvanın nəzarəti altında olan Matsu adalarının cənubunda yerləşən Niuşan adasında həqiqi döyüş sursatlarının istifadə edildiyi təlimlər, həmçinin Çinin digər addımları Tayvan Müdafiə Nazirliyi tərəfindən izlənilir.